Acqarına yatağa girənlər sağlamlıqlarına zərər vurur.
"Medicina" xəbər verir ki, bu barədə endokrinoloq Yekaterina Krivçova danışıb.
O bildirib ki, ac və boş mədəylə yatmaq yırtıq yaranması təhlükəsi yaradır.
"Söhbət diafraqmal, mədəarxası yırtıqdan gedir. Ac mədəylə yatmaq həm yırtıq, həm qida borusunun iltihabı, həm də apnoeyə səbəb olur.
Yaxşı olar ki, yuxuya gedəcəyiniz vaxtdan 3-4 saat əvvəl yemək yeyəsiz.
Acqarına yatdıqda insulin dirənçi, reflüks, qida borusu yırtığına səbəb olur.
Allergik xəstəliyi və astması, bronxiti olanlarda apnoe əmələ gətirib, tənəffüs funksiyasının dəyişməsinə gətirib çıxarır.
Bu hallar insanı rahat və dərin yuxu almağa qoymur.
Yatmazdan əvvəlki qida qəbulunda tərəvəz, zülal və meyvə yemək lazımdır. Un məmulatı, çörək, şirniyyat olmaz.
Vacib deyil mədəni tam doldurasız. Bir tikə toyuq və tərəvəz yesəz kifayətdir".
Aygün Musayeva