Psixoloqlar aclıqla qəzəb arasında əlaqə olduğunu təsdiq edib.
Ac adama dəqiqələr lazımdır ki, qəzəbindən püskürsün.
Bakupost.az xəbər verir ki, aclıq insanda neqativ emosiyaları gücləndirir.
Alimlərin apardığı eksperimentdə 64 könüllü iştirak edib, onlar gündə 5 dəfə xüsusi anketi doldurub, ac və tox olanda hansı əhvalda olduqlarını qeyd ediblər.
Cavablar göstərib ki, ac insan tez qıcıqlanır, əsəbləri oyaq olur, razılıq dərəcəsi düşür, qəzəbli, acıqlı, narazı olur.
Əvvəllər belə nəticələr laboratoriya şəraitində aparılan eksperimentlərdə alınırdı.
Çox insanlar aclıq hissi gələndə aqressiv olduğunu etiraf edir.
İngilis dilində acam sözünün tərcüməsi bu psixoloji halı düzgün izah edir. Hungry - ac, angry qəzəb deməkdir.
Bir insan acdırsa, deməli qəzəbliyəm demək istəyir.
Baxmayaraq ki, psixoloqlar bu əlaqəni sübut edir, amma tibbi olaraq praktiki sübut hələ öyrənilməyib.
Belə ki, aqressiya ilə aclıqdan qanda şəkərin düşməsi arasında əlaqənin olması da sübut olunmayıb.
Karl Landşteyner adına universitetinin psixoloqlar komandası Stefan Stigerin rəhbərliyi altında aclıqla aqressiya arasında əlaqəni laboratoriyadan kənar şərtlərdə araşdırıblar.
121 könüllü 21 gün ərzində telefonda mobil tətbiqda öz emosional vəziyyətlərini qısa şəkildə gündə 5 dəfə qeyd ediblər.
Psixoloqlar onlardan xahiş edib ki, qəzəb, nifrət, razılıq, aclıq səviyyəsini müəyyən şkala üzrə qiymətləndirsinlər.
Həmin vaxt yeməkdən nə qədər vaxt keçdiyini qeyd etmək vacib idi.
Nəticələri analiz edən Ştiqer bu qərara gəlib ki, yeməkdən çox saatlar keçdikcə, aqressiya hissi artır. Ən yaxşı əhval ruhiyyə müsbət hisslər yeməkdən sonrakı 3 saatda olur.
Müəlliflər hesab edir ki, qanda qlükozanın miqdarı ilə qəzəb, aqressiyanın heç bir əlaqəsi yoxdur.
Əgər ac insan əlavə olaraq, qeyri-qənaətbəxş mühitə düşərsə- işdə gərginlik, doğmalarla problem, isti hava, soyuq və ya qıcıqlandırıcı hər hansı faktor, aqressiya partlayışı baş verir.
Ona görə də mütəxəssislər aclıq hissinin uzun sürməsinə yol verməmə çağırır, əgər acsansa və qəzəbləndiyini görürsənsə, yemək yeyəcəyin vaxtı gözləmə, quru meyvə, qoz, çərəz atışdır.