Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Abşeron Mərkəzi xəstəxanasında pozuntular Aşkarlandı

  • 2022.09.13 17:03
  • 1405 Baxış
Abşeron Mərkəzi xəstəxanasında pozuntular    Aşkarlandı

Abşeron Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 2017-ci ilin yanvar ayından 2021-ci ilin noyabr ayına qədərki maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən yoxlama zamanı isə işçilərə fasiləsiz əmək stajına görə vəzifə maaşının 30 faizi əvəzinə 40 faizi məbləğində əlavə haqq kimi, koronavirusla mübarizə tədbirlərinə cəlb olunan bəzi qeyri-tibb işçilərinə isə aylıq vəzifə maaşının 3 misli əvəzinə 5 misli məbləğində müddətli əlavə ödənildiyi aşkar edilib.



"Medicina" xəbər verir ki, Maliyyə Nazirliyinin yaydığı məlumatında bu barədə bildirilib.



Qeyd edilib ki, həmçinin, normadan artıq ərzaq məhsullarının istifadəsinin rəsmiləşdirildiyi, menyu-tələbnamələrdə xəstələrin saylarının artırılması hesabına ərzaq məhsullarının qanunsuz uçotdan silindiyi, eləcədə, təbii qaz xərcinin artıq ödənildiyi müəyyən edilib.