Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ və Avropadan qrip epidemiyası Rusiyaya keçir – Bizi nə gözləyir?

  • 2018.02.19 16:56
  • 16177 Baxış
ABŞ və Avropadan qrip epidemiyası Rusiyaya keçir –  Bizi nə gözləyir?

Hər il Ümumdünya Səhiyyə Təşkilatı növbəti mövsüm üçün peyvənd sayını və tərkibini açıqlayır. Bura daha çox yayılması gözlənilən və təhlükəli 3-4 ştamm daxil olunur. ÜST bu 3 komponentdən ibarət ştammları elan edib:


-A (H1N1) pdm 09

-A (H3N2) Hong Kong 4801/2014

-B Brisbane 60/2008 

-B /Victoria lineage


Bura daha bir B qrup ştammı əlavə olunması təklif edilib: B Phuket /3073/2013 B/Yamagata Lineage

Üç valentli vaksin dördvalentliyə nisbətən daha ucuzdur, ona görə əhalinin böyük qismi yalnız 3 ştamm üzrə peyvənd etdiriblər. Sonradan məlum olub ki, B qrup virus üzrə ÜST bir qədər yanlışlığa yol verib. B qrup üzrə dördvalentli vaksin olunan ştamm bu il yayılma üzrə 2-ci yerdə idi. Nəticədə 2017-2018-ci ilin ən geniş yayılan virusu A H3N2 və B Yamagata oldu. 


Epidemiyanın yayılması cənubdan şimala doğrudur. 

Hər il epidemiya Asiya ölkələrində qığılcımlanır, ordan Avstraliyaya keçir, birdan Şimal yarımkürəsinə - Avropa və ABŞ-a sıçrayaraq, noyabra kimi davam edir. 


Ekspertlərin hesablamasına görə, qitədə yoluxanların sayı orta göstəriciləri 3 dəfə aşıb. Hospitəlizə olunmuş insanların sayı 100.000 nəfəri keçib. Hələ Avstraliyada belə bir vəziyyəti görən həkimlər xəbərdarlır etmişdilər ki, digər ölkələri də analoji vəziyyət gözləyir. Belə də oldu. Mütəxəssislər bu ilki epidemiyanı 2009-cu illə müqayisə edir. Hətta bir çoxları 100 il əvvəlki "ispanka” epidemiyasını xatırlayır. 

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin rəqəmlərinə görə, hər həftə qrip virusundan 400 insan ölür, bunlardan 10-u azyaşlı uşaqdır. 2018-ci il daxil olandan ölən uşaqların sayı 85-i keçib. Ekspertlər deyir ki, epidemiya hələ pik nöqtəsinə çatmayıb, eniş gözlənilmir, hətta peyvənd olunmuş böyük insanlar da bu qrip qarşısında acizdir.  Hazırda Avropada B qrup Yamagata ştammlı virus öndədir. Risk qrupunda körpələr, 15 yaşdan yuxarı gənclər və 65 yaşdan yuxarı yaşlı insanlardır. 


Epidemiya özünü Böyük Britaniyada da var gücü ilə göstərir.  Xəstəxanaya yerləşdirilənlərin sayı o qədər çoxdur ki, yerlər dolduğundan 55.000 planlı əməliyyat təxirə salınıb. 


Problem bununla da bitmir. Ən kədərli xəbər odur ki, mövsümün iki güclü virusuna qarşı olunan peyvəndlər özünü zəif göstərdi. ABŞ, Kanada, Almaniya və İspaniyada peyvəndləmənin orta effektivliyi 15-45%-dir.  Alimlər hesab edir ki, vaksinin belə az effektvliyi onla bağlıdır ki,  ştamm mutasiya olunmağa macal tapıb. Bu isə virusun pandemiyaya səbəb olacağını yaxınlaşdırır. Məhz analoji hal 2009-cu ildə donuz qripi epidemiyası vaxtında baş vermişdi. 

Buna baxmayaraq, ekspertlər əhalini peyvəndlənməyə səsləyir, çünki epidemiyanın pik həddi hələ irəlidədir. " Heç olmasa az da olsa müdafiə olsun” deyə mütəxəssislər xüsusən uşaq və yaşlı insanları təcili peyvəndə cəlb etməyə çağırır. Hətta peyvənd olunmuş insan qripə yoluxsa belə ətraf üçün bir o qədər təhlükəli olmur. 


Dərmanlar sehrli ot deyil

Vandelbirt Universitetinin professoru doktor Vilyam Şaffner qeyd edir ki, virus əleyhinə dərmanlar sehrli bitki deyil. Tamiflyu kimi preparatlar bizi epidemiyadan xilas edə bilməz. 


Artıq Rusiyanın 11 regionunda var gücü ilə yayılan qrip qarşıdakı 2 ayda yüksələn şkala üzrə gedəcək. Burda da lider ştamm B Yamagata-virusudur. "Avstraliya qripi” adını almış virus ötən ildən əhali arasında dolaşır. Ola bilsin ki, çox adamın ona qarşı immuniteti yaranıb. 

 


Hazırda bu vəziyyətdə yeganə çıxış yolu peyvəndləmə işlərinin vaxtında düzgün aparılmasıdır. Peyvənd yoluxma riskini azaltmasa da, ağırlaşma, ölüm riskini azaldır. Hətta epidemiya vaxtı da peyvənd etdirmək olar, nəzərə almaq lazımdır ki, peyvənddən sonra immunitetin formalaşmasına azı 2 həftə vaxt tələb olunur. 

 

ABŞ və Avropadan qrip epidemiyası Rusiyaya keçir –  Bizi nə gözləyir?