ABŞ rəsmiləri peyvənd kampaniyasını sürətləndirmək üçün Moderna vaksininin yarım dozasının tətbiq edilməsini müzakirə edir.
Medicina.az xəbər verir ki, bunu ABŞ-ın Prezident Administrasiyasının vaksinlər üzrə məsləhətçisi Monsef Slaui deyib.
"Moderna vaksini yaşı 18-dən 55-ə qədər olan insanlara yarım doza ilə iki dəfə tətbiq edilsə, əlimizdə olan vaksin sayı ilə daha çox insanın peyvənd olunmasını təmin edə biləcəyik", - Slaui bildirib.