Amerikan Pediatrlar Akademiyası uşaqları kimyəvi və bioloji terrorizmdən qorumaq və onun təsirlərini minimuma endirmək üçün ABŞ pediatrlarına yenilənmiş təlimatları təqdim edib.
Bu təlimatlar federal, regional səviyyədə çatdırılıb.
Medicina.az xəbər verir ki, məhz indi təlimatların yenilənməsi və pediatrların hədəfə alınması səbəbi açıqlanmasa da, görünür ABŞ yeni bioloji hücum və təsirlərin olacağını təxmin edir.
Məlumdur ki, kimyəvi və bioloji silahlarının fəsadları ən çox azyaşlı uşaqları əhatə edir və pediatrlar belə vəziyyətlərdə uşaqları qəbul edəcək ilk mütəxəssislərdir. Bioloji hücum zamanı orqanizmdə baş verən əlamətlər digər infeksion xəstəliklərlə oxşardır və pediatrlar bunu fərqləndirməlidir.
Yeni təlimat Pediatrics dərgisində çap olunub.
Bunlar nədən ibarətdir:
- Qrip və kəskin respirator xəstəliklər mövsümündə olmayan və qəfil başlayan xəstəliklər barədə yerli və federal səhiyyə qurumlarına dərhal məruzə etməli
- Əsas zəhərləyici və bioloji maddələr barədə məlumatlı olmalı – sinir iflicedici, dəri qıcıqlandırıcı və deşici, antraks oyadıcıları və s.
Əl altında həmişə toksikoloji mərkəzlərin nömrələri olmalıdır
- Uşağın fərdi mühafizəsini təşkil etmək üçün xüsusi vasitələrdən istifadə etməyi bacarmalıdır
- Uşaqlar arasında yayılan psixi pozulmalar, depressiya, təşviş-həyəcan simptomlarına diqqət yetirməlidirlər
- Pediatrlar yerli icra strukturları ilə birgə xəstələrin çeşidlənmə və təxliyəsini protokollara uyğun aparmalıdır. Pediatrlar şərtsiz olaraq lazımi vaksin və antidotlarla təmin olunmalıdır
Qeyd edək ki, bioloji silahdan istifadə zamanı uşaqlar böyüklərdən daha tez və çox fiziki və psixi təsirə məruz qalır və onlarda bu fəsadlar uzun müddət, ciddi izlər qoyur.