Qan təchizatına hər zaman ehtiyac duyulan cəbhə xəttində problemlərin qarşısını almaq üçün hərəkətə keçən ABŞ ordusu sintetik qan istehsalı işlərinə 46 milyon dollar ayırıb.
Medicina.az xəbər verir ki, “Science”də yer alan xəbərə görə, istehsal ediləcək materialın oksigen və qida daşıma vəzifəsini yerinə yetirməsi gözlənilir.
Bunun üçün transplantasiyanın qarşısında duran qan qrupu kimi maneələrin aradan qaldırılması hədəflənir.
“KaloCyte” adlı şirkət tərəfindən istehsal edilən ErythroMer adlı qan əvəzedicisinə 46 milyon dollarlıq investisiya yatırılıb.
Bu məhsulun üstünlükləri aşağıdakılardır:
* Normalda qırmızı qan hüceyrələri oksigeni toxumalara daşımaq vəzifəsini öz üzərinə götürür. Nanohissəcik dizaynı sayəsində ErythroMer oksigeni ən çox ehtiyac duyulan bölgələrə çatdıra bilir. Məsələn, fiziki travma zamanı oksigen qanaxma sahəsinə yönəldilə bilər.
* Bu məhsul həm də qanaxmanı dayandırmaq məqsədi daşıyır. Digər tərəfdən, polimer quruluşu ilə damarların daralaraq qan axınının azalmasının qarşısını alır.
* ErythroMer itirilmiş qanı tez bir zamanda əvəz edə bilir. Artıq siçanlar üzərində aparılan tədqiqatlar göstərir ki, qan həcminin 70 faizinin ErythroMer ilə əvəz edildiyi orqan nəqli uğurlu olur.
* Donordan alınan qan soyuducuda saxlandıqda 42 günə qədər davam edə bilir. ErythroMer isə otaq temperaturunda belə daha uzun müddət saxlanıla bilər.
ABŞ-ın Merilend Universiteti Tibb Fakültəsindən Dr. Allanın rəhbərlik etdiyi tədqiqat qrupu 4 il ərzində bu qan əvəzedicisinə müxtəlif sintetik və biosüni maddələr əlavə etməyə çalışacaq.
Əlavə olaraq, onun soyuducu olmayan mühitlərdə daha uzun müddət qalmasını təmin etmək üçün səylər göstəriləcək.
* Hemoqlobinə əsaslanan oksigen daşıyıcıları əvvəllər də istehsal edilib. Bununla belə, qan dövranı sistemində sərbəst dolaşan hemoglobinlər bir çox ciddi yan təsirlərə səbəb olur. ErythroMer hemoglobini sintetik membrana daxil edərək bunların qarşısını almağa çalışır.
Bütün bunlara baxmayaraq, qanın mürəkkəb funksiyalarını tam olaraq təqlid etməyin çətin olduğunu bildirən və ehtiyyatlı olmağı tövsiyə edən alimlər də var.
Xatırladaq ki, hər il 2 milyon insanın qan itkisindən öldüyü təxmin edilir.
Aysel