Ağ Ev 2020-ci ilin payızında koronavirusun ikinci dalğasına hazırlaşır.
Bu barədə CNN ABŞ-ın Ticarət üzrə Milli Şurasının rəhbəri Piter Navarroya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar administrasiyası baş verə biləcək hadisələrə hazırlıq görür.
“Biz payızda ehtimal olunan problemlərə qarşı ehtiyatlarımızı səfərbər edirik”, - deyə P.Navarro bildirib.