Son 24 saatda ABŞ-da koronavirusdan ölənlərin sayı 4 min 931 nəfər artaraq 34 min 461-ə çatıb. Miçiqan ştatında silahlı şəxslər Koronavirus Çində ortaya çıxsa da, yayılması və ölüm faktlarına görə ABŞ birinci yerdədir.
Vaşinqton təkcə virusla yox, həm də iqtisadi çöküşlə mübarizə aparır. Bu, yeni dünyada Çinin güclənməsi perspektivini artırır. Maraqlıdır ki, virus ABŞ-da yayılmağa başlayanda Çin Kommunist Partiyasının beynəlxalq nəşri olan “Qlobal tayms” “Dünya ABŞ-da yeni qlobal böhrana hazırlaşmalıdır” manşetini asmışdı.
ABŞ üç böyük təhlükə ilə üz-üzədir: koronavirus, iqtisadi çöküş və vətəndaş qarşıdurması.
Baş verənlər yeni dünya müharibəsinə səbəb ola bilərmi?
Medicina.az publika.az-a istinadən bildirir ki, Türkiyəli yazar İbrahim Karagül yazır ki, daxili böhranı idarə edə bilməyən ABŞ virusun yayılmasına görə Çinin üzərinə gedir və bu, böyük qarşıdurmanın başlanğıcıdır.
“Hər şeyi Çinin üzərinə atmağa çalışacaqlar və bu, böyük toqquşmanın olacağından xəbər verir. Çin isə virusun amerikalı əsgərlər tərəfindən gətirildiyini iddia edir.
Söhbət virusun yayılmasından iki həftə öncə Uhanda hərbi mərasimə 300 ABŞ əsgərinin qatılmasından gedir. İddialar var ki, bu əsgərlər Marilandda yerləşən hərbi laboratoriyaya bağlıdır. İttihamlar daha da şiddətlənəcək, məhkəmələr qurulacaq, sanksiyalar tətbiq olunacaq, iqtisadi müharibə sərtləşəcək, siyasi şantajlar, hərbi təhdidlər başlanacaq. Bu, yeni dünya müharibəsi deməkdir”.