"ABŞ koronavirusla mübarizə məqsədilə Çinə və digər yoluxma hadisəsi qeydə alınan ölkələrə ümumilikdə 100 milyon dollar ayırmaq niyyətindədir".
Medicina.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirib.
O, koronavirusla mübarizədə Çinə dəstək olmaq üçün əlavə 100 milyon dollar ayrıldığını elan etməkdən qürur duyduğunu deyib: "ABŞ rəhbərliyi tərəfindən yüz milyon dollar hədiyyə olaraq veriləcək. Epidemiyanın qarşısını birlikdə ala bilərik".
Dövlət Departamentinin bir həftə əvvəl yaydığı məlumatına görə, Çinə təxminən, hədiyyə olaraq 17.8 ton dərman preparatları, o cümlədən maskalar, xüsusi geyimlər, xalatları, qoruyucu tənəffüs cihazları və digər həyati əhəmiyyət kəsb edən materiallar çatdırılıb.
Qeyd edək ki, ötən gün Çinin Hubei əyalətində koronavirusa yoluxanlardan 81 nəfəri ölüb.