Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ-ın 50 ştatında meymunçiçəyinə yoluxma qeydə alındı

  • 2022.08.23 08:45
  • 2428 Baxış
ABŞ-ın 50 ştatında meymunçiçəyinə yoluxma qeydə alındı

Amerika Birləşmiş Ştatlarının 50 ştatında meymunçiçəyinə yoluxma qeydə alınıb.

"Medicina" xəbər verir ki, Vayominq ştatının Larami dairəsinin sakinində də meymunçiçəyi aşkarlanıb. Bununla da virusun aşkarlandığı ştatların sayı 50-yə çatıb.

Xatırladaq ki, ABŞ-da 15 433 meymunçiçəyinə yoluxma faktı qeydə alınıb.

Yoluxma sayına görə liderlər Nyu-York və Kaliforniya ştatlarıdır - müvafiq olaraq 2910 və 2663. Eyni zamanda, 10 ştatda yoluxma hallarının sayı 10-u keçmir.