Amerika Kəşfiyyat Cəmiyyəti ABŞ-a qarşı müasir təhdidlər və çağırışlar haqqında illik hesabatını açıqlayıb.
"Medicina" xəbər verir ki, sənəddə koronavirus pandemiyasına bənzər yeni ölümcül pandemiyaların baş vermə riskləri qiymətləndirilib.
Hesabatda deyilir: “Dünya dövlətləri dağıdıcı yeni pandemiyaya səbəb ola biləcək yeni patogenlərin ortaya çıxması və ya daxil olması təhlükəsi ilə üz-üzədir”.
Məlumat üçün bildirək ki, ABŞ Energetika Nazirliyi gizli kəşfiyyat hesabatına əsaslanaraq, koronavirus pandemiyasının çox güman ki, Çinin Çin biokimyəvi laboratoriyalarından birindən virus sızması nəticəsində yarandığı qənaətinə gəlib. /publika.az/