Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ-də vərəm epidemiyası yayılır - Ölənlər var

  • 2025.03.10 10:50
  • 318 Baxış
ABŞ-də vərəm epidemiyası yayılır -  Ölənlər var

ABŞ-də vərəm epidemiyası davam edir.

Medicina.az xəbər verir ki, ABŞ-ın Kanzas ştatında 2024-cü ilin yanvar ayında başlayan vərəm epidemiyası 2025-ci ilin mart ayından etibarən artmağa davam edir.

İndiyədək 147 nəfərdə vərəm aşkarlandığı halda, 67 nəfər bu xəstəlikdən aktiv şəkildə əziyyət çəkir.



2 NƏFƏR ÖLÜB

Qalan 80 nəfər isə simptomları olmayan, lakin yoluxmuş şəxslərdir.

Epidemiya səbəbindən indiyədək iki nəfər ölüb.

Vərəm COVID-19 istisna olmaqla, dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. Xəstəliyin tarixi minlərlə il əvvələ gedib çıxır. Eramızdan əvvəl 410-400-cü illərdə Hippokrat tərəfindən "tükənmə xəstəliyi" adlandırılmışdır.

19-cu əsrə qədər ölümcül bir xəstəlik olan vərəm 1882-ci ildə alman alimi Robert Koch tərəfindən kəşf edilən bakteriya sayəsində daha yaxşı öyrənilməyə başladı. Müalicə edilmədikdə xəstələrin yarısını öldürə bilən bu xəstəlik, antibiotiklərlə müalicə olunarsa ölüm nisbətini yüzdə 12-ə qədər azalda bilər.



VƏRƏM NECƏ YAYILIR?

Vərəm yoluxmuş insanlar öskürən, danışan və ya hətta nəfəs aldıqda havaya yayılan kiçik yoluxmuş damcılar vasitəsilə ötürülür.

Nadir hallarda, pasterizə edilməmiş süd məhsulları və ya sümük transplantasiyası kimi tibbi prosedurlar vasitəsilə çirklənmə riski var.

Kanzasda epidemiyanın dəqiq mənbəyi hələ müəyyən edilməsə də, əhalinin aşağı gəlirli bölgələrdə yayılmasının daha çox olduğu bildirilir.



Alimlərin fikrincə, COVID-19 pandemiyası qlobal miqyasda vərəm hallarının yenidən artmasına səbəb olub.

2020-2023-cü illər arasında vərəmə yoluxma halları 4,6 faiz artdığı halda, ABŞ-da 2022-2023-cü illər arasında 15 faiz artım olub.

Pandemiya zamanı xəstələrin sağlamlıq mərkəzlərinə girişinin məhdudlaşdırılması erkən diaqnozun gecikməsinə və müalicələrin dayandırılmasına səbəb olub. Bundan əlavə, bu artımın səbəblərindən biri kimi vərəm dərmanlarında tədarük problemləri göstərilir.

Vərəm ən azı altı ay müalicə tələb edir.

Aygün
Medicina.az