ABŞ Xəstəliklərə nəzarət mərkəzi ölkədə quş qripinə yoluxan ilk ağır xəstəyə mutasiya aşkarlayıb.
“Medicina” xəbər verir ki, aşkarlanan mutasiya infeksiyaya yoluxmuş pasiyentlərdən götürülən nümunələrdə yox idi.
Dəyişiklik hələ ki, bir gendə baş verib.
Bu gen virusun orqanizmin hüceyrələrinə keçməsi üçün mühüm rol oynayır.
Ağır yoluxan xəstə 65 yaşlı kişidir. Onda D1 ştammı aşkarlanıb. Bu ştamm Amerika ərazisində çöl və ev quşlarında olub.
Aygün Musayeva