Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ-da prostat xərçənginin adı dəyişdirilir

  • 2024.01.25 17:48
  • 1283 Baxış
ABŞ-da prostat xərçənginin adı  dəyişdirilir
Amerikalı həkimrlər kişiləri qorxudan prostat xərçənginin adını dəyişməyi təklif edir.

Onların fikrincə, bu vəzidə şişlər az dərəcədə bədxassəli olur, inkişafı çox astadır, uzun müddət çəkir və ilk başda pasiyentdə xərçəngsən demək onları ruhdan salır.


Bakupost.az xəbər verir ki, The Wall Street Journal məlumatına görə, bu termin həkimləri daha aqressiv müalicə metodları seçməyə məcbur edir, pasiyentləri isə qorxudur.


ABŞ-da prostat xərçəngi ən çox yayılan onkoloji xəstəlikdir.

Bu xəstəlik asanlıqla erkən müayinələrdə tapılır, aktiv müşahidəyə alınır.
Proqnozu yaxşıdır, ölüm faizi azdır.

60% kişi birinci mərhələdə xəstəliyi nəzarətə ala bilər.

90% xəstə cərrahi əməliyyat, daha sonra şüa terapiyası keçir.

Kaliforniya universitetinin professoru Laura Essermanın fikriycə, diaqnozun adının dəyişdirilməsi pasiyentləri daha da ürəkləndirib, aktiv müşahidəyə cəlb edəcək.

Bundan öncə uşaqlıq boynu, sidik kisəsi və qalxanvari vəz xərçənginin adı dəyişdirilmişdi.

Aygün Musayeva