Xəstələrə tərkibində famotidin maddəsi olan dərmanlar verilir. Bu dərman mədə yanması və mədə ağrısını müalicə etmək üçün istifadə olunur. Kəskin mərhələlərin müalicəsi və mədə iltihabının qarşısının alınması üçün uyğundur. Həkimlər, bu dərmanı qəbul edən xəstələrin nəticələri ilə müqayisədən sonra koronavirus müalicəsi zamanı da əhəmiyyətli irəliləyişə səbəb olacağı qənaətinə gəliblər. Bundan sonra famotidinin təsirini araşdırmağa başlayıblar. Ancaq dərmanın hələ nə qədər təsirli olduğu bilinmir.
Qeyd etmək lazımdır ki, tarixdə bir dərmanın əvvəlcə başqa bir məqsəd üçün nəzərdə tutulduğu, lakin sonradan başqa bir xəstəliyə faydalı təsir göstərdiyi hallar çoxdur.
Famotidin istifadəsinin ilk nəticələri yaxın gələcəkdə bilinəcəkdir.