ABŞ-da daha iki nəfər yeni növ koronavirusa yoluxub.
Ölkədə yeni növ koronavirusa təsdiqlənmiş yoluxma halları isə 11-ə çatıb.
Medicina.az Trend-ə istinadən xəbər ki, yoluxma halları Kaliforniya ştatının San-Benito dairəsində qeydə alınıb. Daha əvvəl 9 nəfərin yoluxduğu bildirilirdi. Son təsdiqlənmi. yoluxma halı ştatın Santa Klara dairəsində qeydə alınmışdı.
Qeyd edək ki, Çində 17,2 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 361 nəfərə çatıb.
Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.