ABŞ-da koronavisusdan 17 mindən çox insan vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə federal və yerli statistika hesablamalarına, həmçinin başqa mənbələrə istinadən Cons Hopkins Universiteti bildirib.
Qeyd edilir ki, ölkədə koronavirusa yoluxma ilə bağlı 470 mindən çox hadisə təsdiq edilib.
Məlumata görə, ABŞ-da 473 mindən çox insan virusa yoluxub, 17 836 nəfər pandemiyanın qurbanı olub.
Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma hadisələrin sayı üzrə liderdir və pandemiya qurbanlarının sayına görə İtaliyaya yaxınlaşır. Qeyd edək ki, İtaliyada 18 mindən çox insan koronavirusun qurbanı olub.