Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ-da ilk dəfə gün ərzində koronavirusdan ölənlərin sayı iki mini keçib

  • 2020.04.11 10:38
  • 1537 Baxış
ABŞ-da ilk dəfə gün ərzində koronavirusdan ölənlərin sayı iki mini keçib
ABŞ-da son 24 saat ərzində 2108 nəfər koronavirusdan vəfat edib.

Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.


Ölkədə koronavirusdan ölümlərin gündəlik tempi sürətlə artmaqda davam edir. Belə ki, 7 apreldə gün ərzində 1736, 8 apreldə 1973, 9 apreldə 1783 nəfər ölmüşdü. 10 apreldə isə ölkədə ölənlərin sayında daha bir rekord – 2108 ölüm qeydə alınmışdı. Bu, həm də dünyanın bütün ölkələri arasında sutka ərzində ən yüksək ölüm rəqəmi sayılır. Bununla da ABŞ-da virus qurbanlarının sayı 18,747 nəfərə çatıb.



Birləşmiş Ştatlarda COVİD-19-a yoluxanların sayı 502, 876-ya yüksəlib. 456, 815 aktiv xəstə var. 27,314 nəfər isə koronavirusdan sağalıb.