Amerika Kardiloji Assosiasiyasının illik konfransında qəribə hadisə olub.
Medicina.az xəbər verir ki, 52 yaşlı kardioloq Con Vorner konfransın açılışında çıxış edərkən infarkt olub. Çıxışın sonuna yaxın ürəyindən kəskin ağrılar tutan kardioloqu təcili xəstəxanaya çatdırıblar. Ürək arteriyasının trombu diaqnozu ilə onun ürəyinə stend qoyulub.
Maraqlı olan məqam isə ondan ibarətdir ki, həkim infarkt keçirməzdən əvvəl ailədə yaşlı kişilərdə infarktın profilaktikası mövzusunda danışırmış. Vornerin sözlərinə görə, atası və babası 56-60 yaşında artıq ürəyin şuntlanması əməliyyatından keçiblər və ana nəslinin bütün kişiləri ahıl yaşa çatmadan ürək xəstəliyindən ölüblər. Həkim bildirib ki, anoloji hadisə Amerikada çox ailələrin başına gəlib.