Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ-da HİV xəstəsi qadın göbək qanı ilə sağaldı

  • 2022.02.17 14:58
  • 1341 Baxış
ABŞ-da HİV xəstəsi qadın göbək qanı ilə sağaldı

ABŞ-da leykozdan müalicə olunan qadının 14 aydır ki, HİV-dən sağaldığı bildirilir.

Medicina.az az bu barədə nat-geo.ru-ya istinadən xəbər verir.
Xəstənin dünyada HİV-dən sağalmış üçüncü şəxs və ilk qadın olduğu güman edilir.

Bununla belə, alimlər göbək qanı ilə transplantasiya metodunun HİV-ə yoluxmuş insanların əksəriyyəti üçün uyğun ola bilməyəcək qədər riskli olduğunu vurğulayırlar.



Xəstənin nümunəsi Denverdə keçirilən tibbi konfransda təqdim edilib və bu metodun HİV-in funksional müalicəsi kimi ilk dəfə istifadəsi qeyd olunub.

Qeyd edilir ki, xəstəyə xərçəng xəstəliyi müalicəsinin bir hissəsi olaraq göbək qanı köçürüldü və həmin vaxtdan HİV-dən müalicə üçün lazım olan antiretrovirus dərmanları qəbul etməyə ehtiyac olmayıb.

Bu, ABŞ-da xərçəng və digər ağır xəstəliklərin müalicəsi üçün eyni növ qanköçürmə almış HİV-ə yoluxmuş insanlar üzərində aparılan genişmiqyaslı tədqiqatın bir hissəsi idi.

Alimlər hesab edirlər ki, bu, transplantasiya edilənlərin immun sistemində HİV-ə qarşı müqavimət yarana bilər. \aztibb.az.