ABŞ-da dünyanın daha bir ən bahalı dərmanı qeydə alındı. Bu iynənin dəyəri 3,5 milyon dollardır.
Bakupost.az xəbər verir ki, preparat Hemgenix adlanır.
Bu iynənin köməyilə hemofiliyalı xəstə tam sağala bilər.
Hemofiliya irsi qan xəstəliyidir. Bu zaman xəstənin qanı laxtalanmır.
Bu vaxta kimi olan bahalı dərmanlar hər il müalicə tələb edirdi. Bu preparat qanda çatışmayan zülalı daim yetəri qədər saxlayır. Ona görə bir doza həmişəlik bəs edir.
Problem təkcə onun baha olmasıdır. Tibb tarixində hələ ki, ən bahalısı odur.
Amma mütəxəssislər hedsab edir ki, hemofiliyalı xəstələrin bir ömür boyu müalicəsinə onsuz da daha çox pul xərclənir. Bu dərman ölkələri böyük yükdən xilas edə bilər.