Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ-da delta təhlükəsi: üçüncü doza ilə vaksinləmə planlaşdırılır

  • 2021.08.17 10:11
  • 1050 Baxış
ABŞ-da delta təhlükəsi:  üçüncü doza ilə vaksinləmə planlaşdırılır

ABŞ administrasiyası ölkə vətəndaşlarına ilk iki komponentlə peyvəndləmədən 8 ay sonra üçüncü - buster dozası ilə vaksinləməni tövsiyə etməyi planlaşdırır.

Medicina.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, yaxın günlərdə əlavə tədbirlərin tətbiqi bəyan ediləcək. Güman edilir ki, “BioNTech” və “Pfizer” konsorsiumunun, həmçinin “Moderna” şirkətinin preparatları ilə peyvənd olunmuş ABŞ vətəndaşlarına infeksiyanın delta ştamından qorunmaq üçün üçüncü doza vaksin vurdurmaq tövsiyə olunacaq.

Buster dozası ilə peyvəndləməyə sentyabr ayının ortalarında və ya sonlarında başlanacağı gözlənilir.