Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ-da COVID-19-dan rekord ölüm: 4 085 nəfər

  • 2021.01.08 17:44
  • 1331 Baxış
ABŞ-da COVID-19-dan rekord ölüm:   4 085 nəfər

ABŞ-da son sutka ərzində koronavirusdan ölən xəstələrin sayı ilk dəfə 4 min həddini keçib.

Medicina.az TASS-a istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat verib.

Universitetin məlumatına görə, ABŞ-da son 24 saat ərzində tibb işçiləri 4 085 ölüm və 274 703 yoluxma halı qeydə alıblar.

Universitetin məlumatına görə, ABŞ-da pandemiyanın başlanğıcından bəri 21,5 milyondan çox yoluxma aşkarlanıb, 365 mindən çox insan COVID-19 qurbanı olub.