Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ-da “AstraZeneca”nın istehsalı dayandırılacaq

  • 2021.04.05 09:59
  • 1560 Baxış
ABŞ-da “AstraZeneca”nın istehsalı dayandırılacaq
ABŞ-da “AstraZeneca” peyvəndinin istehsalı ilə məşğul olan Baltimordakı “Emergent Biosolutions” zavodu yerli “Johnson & Johnson” şirkətinin ixtiyarına veriləcək.

Medicina.az xəbər verir ki, “The New York Times”ın məlumatına görə, bu barədə Bayden administrasiyası müvafiq qərar qəbul edib. Qərarın icrasından sonra müəssisədə Britaniya-İsveç ortaq peyvəndinin (“AstraZeneca”) istehsalı dayandırılacaq və onu yerli vaksin (“Johnson & Johnson”) əvəz edəcək.

Qeyd edək ki, ABŞ peyvəndinin başlıca özəlliyi koronavirusa qarşı immuniteti formalaşdırması üçün iki deyil, bir dozanın kifayət etməsidir.