Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ-da antibiotiklərə davamlı göbələk - Yayılır

  • 2021.07.24 17:06
  • 1205 Baxış
ABŞ-da antibiotiklərə davamlı göbələk   - Yayılır

ABŞ-ın Texas və Vaşinqton ştatlarında xəstəxanalardakı xəstələr arasında dərmanlara davamlı təhlükəli Candida auris göbələyinə yoluxma aşkar edilib.

“RİA Novosti” bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Prafilaktika Mərkəzlərinin (CDC) açıqlamasına istinadən məlumat yayıb.

İlk dəfə Candida auris 2009-cu ildə Yaponiyada bir xəstədə aşkarlanıb, hazırda beş qitədə müəyyən edilib. 2019-cu ildə Böyük Britaniya xəstəxanalarında bu göbələk infeksiyasına yoluxma baş verib, 200 nəfər yoluxub, səkkiz xəstə ölüb.

Güman edilir ki, bu göbələk infeksiyası xəstədən xəstəyə ilk dəfə ABŞ-da ötürülüb.