Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ-da 90 mindən çox insan koronavirusdan öldü

  • 2020.05.19 00:57
  • 19266 Baxış
ABŞ-da 90 mindən çox insan koronavirusdan öldü

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 1,54 milyonu keçib, 91 mindən çox insan bu virusdan ölüb. Bir sutka ərzində 16 minədək ölkə sakini koronavirusa yoluxub, 700-dən çoxu isə həyatını itirib.

Medicina.az xəbər verir ki, bu barədə məlumatı Cons Hopkins Universiteti federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında apardığı hesablamalarında dərc edib.

Məlumata görə, bu günə qədər ABŞ-da 1 543 540 nəfərə koronavirus diaqnozu qoyulub, onun yaratdığı fəsadlar nəticəsində ölənlərin sayı 91 682 nəfərdir. Təxminən 351 mindən çox amerikalı isə sağalıb.