Pandemiya ABŞ-da uşaqlar arasında da yayılmağa davam edir.
Medicina.az xəbər verir ki, Amerika Pediatriya Akademiyasının məlumatına görə, ABŞ-da pandemiyanın başlamasından bu yana 3 milyondan çox uşaq virusa yoluxub. Belə ki, keçən həftə aparılan testlərdə 99 min uşağın cavabı müsbət çıxıb. Son həftədə uşaqlar arasında bu hal 8 faiz daha da artıb. Uşaqların yoluxma statistikasına görə bu ölkə üzrə ümumi yoluxmanın 13 faizini təşkil edir.
Statistikaya görə, 43 əyalətin 10-nu uşaqlar arasında ölüm hallarının olmadığını göstıərir.