ABŞ-dan olan Reddit istifadəçisi gənc qız velosipeddən yıxılıb, sınıqlarla xəstəxanaya aparılmasının ona baha başa gəldiyini bildirib.
“Medicina” xəbər verir ki, cəmi 3-5 günlük müalicəyə görə gələn borc qəbzi hər kəsi şoka salıb.
“1 il əvvəl velosiped sürərkən qəza etdim və 5 yerdən sınıq yarandı. Buna görə məni hospitəlizə etdilər.
Orda mənə analizlər, KT, MRT olunub, dərman müalicəsi, fizioterapiya edilib. Nə əməliyyat olmuşam, nə də başqa bir şey. İndi mənə 35 min dollarlıq müalicə xərçi gəlib və məndən ödəmə tələb olunur”.
Qəbzdə təkcə KT üçün 18 min dollar yazılıb.
Daha sonra pasiyent sığorta şirkətinə müraciət edib və onlar işi nəzarətə götürüb. Çox güman ki, bu sistemdə xətadır.
“Adama belə qəbz göndərərlər, adamın ürəyi dayanar, məni panik atak tutdu, telefonu divara çırpdım”.
Aygün Musayeva