ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 200 min nəfəri ötüb.
Medicina.az xəbər verir ki, hazırda bu ölkədə qeydə alınan xəstələrin sayı 205,035-ə çatıb.
Bu saata olan məlumata görə, bu gün ABŞ-da 16,506 nəfərdə virus aşkarlanıb, 463 nəfər isə ölüb. Beləliklə, virusdan həyatını itirənlərin ümimi sayı 4,516-ya yüksəlib. Sağalanların sayı isə 8,745 nəfərdir.
Qeyd edək ki, dünyada COVİD-19-a yoluxanların sayı 912,098, ölənlərin sayı 45,539, sağalanların sayı isə 190,933-dür.