Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ bu döş implantlarını geri çağırır – Süd vəzi böyüdən qadınlarda xərçəng təhlükəsi

  • 2019.07.30 18:28
  • 6733 Baxış
ABŞ bu döş implantlarını geri çağırır –  Süd vəzi böyüdən qadınlarda xərçəng təhlükəsi
ABŞ Allergan şirkətinə məxsus döş silikon implantlarını geri çağırır. 


Medicina.az xəbər verir ki, FDA artıq 481 nəfərdə bu implantın qoyulmasından sonra və təsirindən ağır formalı limfoma xərçəngi yaranması faktını aşkarlayıb

Bu xəstələrdən 33-ü artıq ölüb.


FDA nümayəndəsi Binita Aşar bildirir ki, dünyada yüz minlərlə qadında bu implantlar var. 


Aparılan araşdırmalar Allergan silikonları ilə həmin əməliyyatı keçirmiş qadınlarda xərçəngin əlaqəsini sübut edib. Biz əhalini təhlükə barədə xəbərdar edib, bu marka implantdan istifadə etməməyə, eləcə də artıq bu silikonlarla süd vəzi böyüdən qadınlara döş xərçəngindən qorunmaq üçün müayinələrə çağırırıq. 

Artıq dünyada satışda olan implantlar geri çağırılır.