Yanvar ayından bəri professor Çarlz Liberin Çin üçün koronavirus “yaratdığı” və ABŞ-da həbs olunduğu iddiaları bütün dünyaya yayılıb.
Tədqiqatlarda hadisənin həqiqətə uyğun olmadığı bildirilsə də, dünyada bu haqda şübhələr və dedi-qodular hələ də səngimək bilmir.
ABŞ-ın Harvard Universitetinin yəhudi əsilli kimya üzrə professoru Charles Lieber, koronavirus epidemiyasının qlobal gündəmdə olduğu yanvar ayında ABŞ hökuməti tərəfindən həbs edildi. Həbsinin səbəbi olaraq, “Çinin Min istedad planı "na daxil edilməsi, Wuhan Texnologiya Universiteti tərəfindən qonorar alması və ABŞ federal orqanlarına yalan ifadə verməsii iddia edildi. Lieberin yeni nanomaterialların inkişafı və hazırladığı materialların tibb və biologiya sahəsindəki tətbiqlərlə tanındığı müəyyən edilib.
Koronavirus epidemiyası ilk dəfə Wuhanda meydana gəldi və Lieberin Wuhan Texnologiya Universiteti ilə gizli əməkdaşlığı şübhələri özünə çəkdi. Rəsmi açıqlamalarda hadisənin koronavirusla əlaqəsi olmadığı barədə dəfələrlə bildirilsə də, bütün şübhə və diqqətlər Liberə yönəlmişdi. Şübhələrin doğru olduğuna əsas verən amillər arasında bu işlə heç bir əlaqəsi olmayan, lakin eyni vaxtda Çin Ordusunda vəzifəsini yerinə yetirən və ABŞ araşdırmalarını oğurlamaqda günahlandırılan leytenant Yanqing Ye və 21 şüşə bioloji tədqiqat oğurlayan Zaosong Zhengin də həbs olunması var.
Bütün bu iddiaların rədd edilməsinə və hadisənin yanlış dövrdə baş verən təsadüflərlə əlaqəli olduğu söylənilməsinə baxmayaraq, insanların beynindəki sual işarələri tamamilə silinməyib.
Mütəxəssislər isə koronavirusun süni bir virus olmadığını israr etməkdə davam edirlər.