Aborta normal baxan və onun əleyhinə çıxan insanlar çoxdan iki qrupa bölünüb. Belə böyük həyati məsələnin yaxşı və ya pis olmasına hər bir qadın özü qərar verir, uşağı dünyaya gətirib-gətirməməyi də özü seçir. Lakin abortun qadının fiziki sağlamlığına təsiri danılmazdır.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert, psixoterapevt Tatyana Oqneva-Salvoni abortun qadının psixologiyasında da dərin izlər qoyduğunu bildirib. Onun sözlərinə görə, bu cür prosedur təsirsiz keçə bilməz. Psixoterapevt abortun qadın həyatına mənfi təsirlərini belə izah edib.
1. Cütlüklərin münasibətlərinə təsiri
Hətta abortun həyata keçirilməsinə cütlük qarşılıqlı şəkildə qərar veribsə, bu, heç də o demək deyil ki, ərlə arvad onun haqqında unuda, bundan sonra uzun və xoşbəxt ömür sürə bilər. Qadınla kişinin bu qərarı verməsi artıq onu göstərir ki, onlar mükəmməl ailə sahibi olmağa hələ hazır deyillər və aralarında həll edə bilmədikləri müəyyən problemlər var. Bu addımla cütlüyün gələcəyə dair inamı, həmçinin bir-birinə olan etimadları sarsılır. Psixologiyada hətta belə bir termin var ki, qadın abortdan sonra öz tərəf müqabilini sanki öz ürəyindan "abort” etmiş olur.
2. Vicdan əzabı
Hətta siz abort etməkdə çox qərarlı olsanız da, bu, heç də o demək deyil ki, vicdanınız sizi narahat etməyəcək. İstənilən halda siz insan həyatını məhv etmisiniz. Və o insan bədəninizin və qanınızın bir hissəsi idi. Bunun xatirinizdən izsiz-soraqsız silinəcəyini düşünməyin. Vicdan əzabı sizi qəflətən yaxalaya bilər, amma iş işdən keçəndən sonra olunana çarə yoxdur.
3. Gələcək uşağa təsiri
Psixoterapiya praktikası göstərir ki, abortdan sonra doğulan uşaqlar depressiv olur və həyatın sərt qanunlarına uyğunlaşa bilmirlər. Onlar sanki gələcəkdən ləzzət almağı bacarmır, layiq olduqlarını hiss edə bilmirlər. Bu da onların dünyaya gələ bilməyən, valideynləri tərəfindən imtina edilən ölmüş bacı və qardaşları ilə bağlıdır.
4. Nevrotik günah hissi
Bu amil vicdan əzabından onunla fərqlənir ki, o, ilk növbədə cəmiyyətin münasibəti ilə bağlıdır. Qadın sanki həkimlərin və ətrafdakı insanların onun hərəkətini pislədiyini hiss edir. Buna görə də hamının qarşısında özünü günahkar hiss edir.
Sözsüz ki, uşağa həyat verib verməmək sizin qərarınızdır, lakin unutmayın ki, bu cür hərəkət sizin həyatınızda əbədi iz qoyacaq. Əgər aborta cəsarət edirsinizsə, onda bir müddət həyatınızdakı parlaq rəngləri itirməyə hazır olun. Ümumiyyətlə, belə çətin seçim qarşısında qalmamaq üçün müxtlif qoryucu vasitələrdən istifadə etmək həyatınızda verdiyiniz ən doğru qərarlardan biri olardı.