Saçlarda gümüşü və bəyaz tellər, ağaran saç dibləri gənc insanların yuxusunu ərşə çəkir, çox zaman gümüşü tellər süni rənglənməyə belə tabe olmur.
Saçların ağarmasına qarşı dərman yoxdur deyirlər, amma çiy kartof metodunu sınaya bilərsiz. Bu vasitə qəhvəyi, tünd və sarı saçlara təbii rəngini qaytaracaq.
5 kartofu yuyub soyursuz. Bir qədər iri hissələrə doğrayıb, üzərini örtənə kimi su alıb, odun üzərinə qoyub qaynayana kimi saxlayın. Elə ki, su qaynadı, yenidən qazana 2 stəkan soyuq su əlavə edin. Yenidən qaynar hala çatdırıb, 2 dəqiqə bişirin. Sonra süzüb soyudun. Saçlarınızı şampunla yuyub, ən sonda bu məhlula başınızı dibləri də islanmaq şərtilə salıb 1 dəqiqə saxlayın, sonra plyonka ilə örtüb, 10 dəqiqə gözləyin. 10-15 dəqiqədən sonra saçları yaxalayıb çıxın.
Saç diblərinin ağarmasına qarşı çiy kartof dilimini başa sürtmək də effekt verir.