Mətbuatda "ağac-insan” kimi tanınan Banqladeş sakini yenidən xəstəxanaya yerləşdirilib. Ona əllərində və ayaqlarında yaranan çoxsaylı ziyilləri kənarlaşdırmaq üçün cərrahi əməliyyat tələb olunur.
Medicina.az xəbər verir ki, 28 yaşlı Abul Bajandara ziyilli epidermodisplaziya diaqnozu qoyulub və bu səbəbdən o, 25-dən çox əməliyyat keçirib.
2016-cı ildə o ümumi müayinədən keçib, bundan sonra xəstə mütəmadi olaraq müayinə və müalicə üçün həkimlərin nəzarətindədir. İlk əməliyyata qədər o, sərbəst olaraq qida qəbul edə və dişlərini fırçalaya bilmirdi.
Abulun həkimi bildirb ki, ilk gəldiyində onun vəziyyəti çox ağır olub. Həkimlər xəstəni hər dəfə evə buraxdıqda xəstəxanaya yenidən gəlməsi üçün tənbehləyiblər. Amma o xəstəxanaya vaxtında gəlməyib. Hal-hazırda ona yenə də tibbi kömək tələb olunur. Amma bunu etmək bir o qədər də asan olmayacaq. Çünki xəstənin vəziyyəti kəskin pisləşib, ziyillər xəstənin ovuc və pəncələrindən əlavə bütün bədəninə yayılıb.
Həkimlər hal-hazırda xəstənin müalicə planını hazırlamaqla məşğuldurlar. Onların sözlərinə görə Abulu ən az 6 cərrahi əməliyyat gözləyir.
Arzu
Medicina.az