“AAAF Park” Yaşayış Kompleksinin əsas şəriklərindən biri, holdinqin prezidenti Tofiq Heydərovun yaxın dostu və sinif yoldaşı, iş adamı Elçin Səfərov ölüb.
"Medicina" x xəbər verir ki, bədbəxt hadisə dünən gecə baş verib.
E.Səfərov Yeni Yasamal yaşayış kompleksində yaşadığı mənzilin eyvanından yıxılıb.
Üçüncü mərtəbədən yıxılan iş adamının başı əvvəlcə kondisionerə, daha sonra yerə dəyib. Hadisə nəticəsində E.Səfərov ölüb.
Bildirək ki, E.Səfərov uzun müddət “AAAF Park-Astara”nın direktoru vəzifəsində çalışıb. /yenisabah)