Neçə illərdir ki, qara çörəyin daha az zərərli və daha xeyirli olması barədə mif dolaşır. Lakin Amerikalı alimlər 25 nəfər üzərində apardıqları tədqiqat nəticəsində, sağlamlığa daha xeyirli çörək növünün olmadığı qərarına gəliblər.
Təcrübədə iştirak edənlər 2 qrupa ayrılıb: bir qrup 3 həftə ərzində yalnız qara çörək yeyib, ikinci qrup yalnız ağ çörək. Sonra hər iki qrupun rasionuna digər növ çörək daxil edilib. Məlum olub ki, hər iki çörək orqanizmə eyni dərəcədə təsir edir.
Amma maraqlısı odur ki, iştirakçıların bəziləri ona ağ çörəyin yaxşı təsir etdiyini deyib, digəri qara. Halbuki hər iki çörəyin bağırsaq mikroflorasına təsiri eyni idi.