Belçikanın ən yaşlı qadınlarından biri kimi ölkənin tarixinə düşən 97 yaşlı Robertinanın vərdişi dünya mətbuatında müzakirə olunur.
Medicina.az xəbər verir ki,
Mayzen qəsəbəsinin ən qocaman sakini uzunömürlülüyün sirrini pivədə olduğunu açıqlayıb.
Qadın həftənin çərşənbə günü istisna olmaqla hər gün kiçik yerli bara gedir.
Orada 10-20 stəkan pivə içir. Onun bu vaxta kimi rekordu 22 stəkandır.
Robertina 18 il əvvəl mütəmadi bara getməyə başlayıb. Qadın deyir ki, gündəlik pivə qəbulu dərmanları əvəz edir. O, həqiqətən də 4 ildə cəmi dörd dəfə xəstələnib və heç vaxt xəstəxanada yatmayıb.