Böyük Britaniya kraliçası II Yelizaveta COVID-19-dan sağalıb.
Medicina.az xəbər verir ki, kraliçanın martın 1-də Vindzor qəsrindən video bağlantı ilə keçirdiyi görüşə əsasən xəbər yayılıb.
Bildirilib ki, o, xəstəliyi dövründə belə tədbirləri ləğv edib. Kraliça boğuq səsi səbəbiylə görüşlərdən imtina edib.
Qeyd edək ki, II Yelizavetanın koronavirusa yoluxması fevralın 20-də məlum olub.