Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

95 yaşlı əczaçının həyat eşqi: hər gün 50 kilometr yol gedir ki…

  • 2019.05.15 13:18
  • 11964 Baxış
95 yaşlı əczaçının  həyat eşqi: hər gün 50 kilometr yol gedir ki…

95 yaşlı Gülzar Aydın peşəsini sevə-sevə icra edir. O, iş yerinə hər gün  avtomobillə 50 kilometrə yaxın məsafə qət edir.  Səhərdən axşama kimi usanmadan işləyən qadın yorulmaq bilmir.

Medicina.az türkiyə mətbuatına istinadən xəbər verir ki, 1924-cü ildə dünyaya gələn G. Aydın 8 yaşında atasını ürəktutmasından itirir.

Elə o gündən də tibb  üzrə fəaliyyət göstərəcəyinə söz verir. Gənclik dövrlərində isə Kimya elminə maraq göstərib. 1945-ci ildə İstanbul Universiteti Tibb Fakültəsindən məzun olub.  Həmin ildən də tibb üzrə bir çox sahələrdə uğurlar əldə edib.

 Kimya üzrə laboratoriyada çalışdığı ərəfədə 1953-cü ildə ilk aptekini açıb. Uzun illərdir eyni bölgədə xalqa xidmət göstərdiyini deyən qadın işini böyük həvəslə icra etdiyni bildirib.

Gülzar Aydın açıqlamasında deyib ki, evdə oturmaq ölümü gözləməkdir:

"İşdən ayrılmaq fikrim yoxdur. Evdə oturub ölümü gözləyə bilmərəm. Aptek işi pul qazanmaq üçün yer deyil. Burada ancaq şəfa paylamaq lazımdır. O zaman Allah sənin ruzunu yetirəcək, özümü sevdirmişəm. Ailəmdən heç kim qalmayıb. Tənhayam. Əgər indi bu yaşımda başım işləyir, gözlərim görürsə, tanrıya min şükür. Ona görə də niyə insanlara kömək etməyim. Bəzən sırf mənimlə söhbət üçün buraya gələnlər var”.

95 yaşlı əczaçı xüsusilə gənclərə məsləhətlər verib:

"Peşələrini sevsinlər. İşlərinə dörd əllə yapışsınlar. Düzgün işləyənlərin kürəyi yerə gəlməz. Mütləq Allahdan mükafatını alar. Bunu heç vaxt unutmamaq lazımdır. Təbii ki, haqqını maddi şəkildə də alarsan”.