İtaliyada 95 yaşlı koronavirus xəstəsi sağalıb.
Medicina.az xəbər verir ki, pensiyaçı qadını yaxın günlərdə xəstəxanadan evə buraxacaqlar.
“Bəli, bəli məndə hər şey qaydasındadır. Onlar mənə çox yaxşı baxdılar, bir müddət sonra evimə yola salacaqlar”, - deyə qadın öz sağalması haqda danışıb.
Sözügedən qadın İtaliyada həkimlərin sağalda bildiyi ən yaşlı şəxsdir. O, həmçinin Modena vilayətində koronavirusla bağlı xəstəxanadan evə buraxılan ilk vətəndaşdır.
Pensiyaçını infeksiya üzrə mütəxəssislər, reanomatoloq və terapevtlər müalicə edib.