Zimbabvenin eks-prezidenti Robert Muqabe vəfat edib.
Medicina.az-ın məlumatına görə, R.Muqabe bu gün 95 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, hakimiyyətinin son illərində prostat xərçəngindən əziyyət çəkirdi.
Robert Muqabe 1987-2017-ci illərdə Zimbabvenin prezidenti olub.