İmişlidə 95 kq istehlaka yararsız, ölmüş heyvan cəmdəyi aşkarlanıb.
Medicina.az xəbər verir ki, məhsul Rəhimov Elçin Namizəd oğluna məxsus avtomobildən tapılıb. İlkin araşdırmalar zamanı heyvan cəmdəyinin satış məqsədi ilə Ağcabədidən Bakıya gətirildiyi məlum olub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyatı qrumların əməkdaşları tərəfindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Nəticəyə uyğun olaraq qanunvericilik çərçivəsində tədbirlər görüləcək. Araşdırma aparılır.