Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

93 yaşlı qadın kataraktasını şəkər tozu ilə sağaltdı

  • 2022.07.26 15:03
  • 2707 Baxış
93 yaşlı qadın kataraktasını şəkər tozu ilə sağaltdı

Xabarovskda yaşayan 93 yaşlı qadın gözündəki "mirvari suyu"- katarakta xəstəliyini 100 illik türkəçarə ilə sağaldıb.

Bakupost.az xəbər verir ki, bu barədə əyalətin sosial məsələlər üzrə direktor müavini Yevgeniy Nikomov bildirib.

Rusiyalı təqaüdçü 1938-ci ildə ögey anasından öyrəndiyi reseptlə gözünü sağaldıb.


O, həkimin katarakta əməliyyatından imtina edərək, şəkər tozundan istifadə etməklə gözünü müalicə etməyi sınayıb.

Sonradan oftalmoloqlar qadını müayinə edərək, onun görməsinin yaşına uyğun olduğunu deyib.

Anna İvanovna adlı 93 yaşlı qadın eynəksiz hər işini gördüyünü deyib.


Aygün Musayeva
BakuPost