Türkiyədə 92 yaşlı qadının mədəsindən çıxanlar hər kəsi şoka salıb.
Medicina.az türk mediasına istinadla xəbər verir ki, Zonquldakda ərinin ölümündən sonra uşaqları ilə yaşamağa başlayan 92 yaşlı Şerife Ay fevralın 5-də qarın ağrısı və qusma şikayətləri ilə xəstəxanaya gətirilib.
Yoxlamalardan sonra qadının tomoqrafiyası çəkilib.
Qan dəyəri yüksək olduğu üçün əməliyyata alınan Ayın bağırsağının çürüməsi və deşilməsi müəyyən edilib.
Nazik bağırsağın çürüyən və deşilmiş hissələri çıxarılaraq sağlam hissələri ilə birləşdirildikdən sonra qadının mədəsindən 28 ədəd xurma və 35 ədəd zeytun çiyidi, həmçinin xurma çıyidlərinin bərkiməsi nəticəsində əmələ gələn 5 ədəd 5,5-6 santimetr ölçülü daş çıxarılıb.
Aygün
Medicina.az