İngiltərənin paytaxtı Londonda yaşayan 91 yaşlı İbrahim Özalp koronavirusdan sağalıb.
10 gün əvvəl ürək sıxılması səbəbiylə Londonun şimalındakı Homerton Xəstəxanasına aparılan Özalpın aparılan testlər nəticəsində koronavirusuna yoluxduğu məlum olub.
Xəstə ilə bağlı açıqlama verən həkimlər Özalpın güclü immunitetinə görə xəstəlikdən sağaldığını bidiriblər.
Qeyd edək ki, İngiltərədə koronavirusa yoluxanların ümumi sayı 6500-ə, ölənlərin sayı isə 335 nəfərdir.