Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hamiləliyin 27-ci həftəsində ağır vəziyyətdə dünyaya gələn körpə 2.5 aylıq müalicədən sonra ağır vəziyyətdən çıxarılaraq müalicəsinin davamı üçün Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.
"Medicina" xəbər verir ki, 900 qram çəkidə olan körpə dərhal vəziyyəti ilə əlaqədar Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb.
Həkim-neonatoloq Kövsər Azadəliyeva və tibbi heyətin nəzarəti altında stasionar nəzarətdə olan körpəyə aparılan 2.5 aylıq müalicədən sonra həyatının 70-ci günündə nevroloji simptomların müayinə və müalicəsi ilə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.