Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri – Ölkəni bürüyən ajiotajın səbəbi tapıldı

  • 2019.06.07 21:02
  • 28272 Baxış
90% kişilərin şəhadət barmağında görünən çapığın sirri –  Ölkəni bürüyən ajiotajın səbəbi tapıldı

 

Artıq 2 aydan çoxdur ki, istər xarici, istər yerli sosial şəbəkələrdə kişilərin şəhadət barmağında olan çapıq şəklini paylaşaraq, "Əlinizə baxın, sizdə çapıq var? Kişilərdə sol əldə olan bu çapıq nədir? Hamıda var” kimi statuslar paylaşılır.


Ardıyca yüzlərlə oğlan, kişi əlinə baxaraq orda həqiqətən çapığın, izin olmasını görüb həyəcanlanır və "Məndə də var” yazıb əlinin şəklini paylaşır.


Medicina.az  ajiotaj yaradan bu trendin kökünü araşdırıb və kişilərin çoxunda rast gəlinən çapıq izinin səbəbini, tibbi izahını axtarıb.


Bu suallar və mif hələ keçən ildən sosial şəbəkələrdədir. Bu haqda ilk dəfə jurnalist Oleq Kaşin tvitt paylaşıb. O, özündə 2 çapıq taparaq, əlinin şəklini çəkib və "Əksər kişilərdə olması güman edilir. Sizdə də varmı?” deyə yazıb.


Bu tviti bir çox insanlar paylaşıb və qısa müddətdə minlərlə kişi barmağına baxıb, çapıq aşkar edib və əllərinin fotolarını bölüşüb.

Axır ki, bu status Azərbaycana da ayaq açıb. 


Həqiqətənmi bütün kişilərin sol əlinin şəhadət barmağında çapıq olmalıdır?


Xeyr. Bu fakt tam təsdiqini tapmayıb. Əgər 100 kişinin 60-da bu çapıq varsa, 40-da yoxdur. 


Çapıq anadangəlmədirmi? 


Xeyr. Körpələr çapıqla doğulmur. Doğulsa da bu bədənin müxtəlif yerlərində müxtəlif səbəblərdən ola bilər. Amma illah ki, doğulan oğlan uşaqlarının sol əlində barmaqda çapıq olmalıdır, elə bir  nəzəriyyə yoxdur.

 

Bəs bu çapığın elmi izahı nədir?


2014-cü ildə Beynəlxalq tibbi jurnalda bir araşdırmanın nəticələri yazılıb. Alimlər bilək və barmaqlarında çapıq rast gəlinən insanları tədqiq edib. 177 kişi və 61 qadın arasında sağ əli işlədənlər, solaxaylar və hər iki əlini aktiv işlədənlər var idi. Məlum olmuşdur ki, kişilərin yarıdan çoxunda sol əldə sağa nisbətən 2 dəfə çox çapıq vardır.


Qadınlarda isə hər iki əldə çapığa rast gəlinib. 


Daha çox sol əlin şəhadət barmağının orta falanqasında çapıq olduğu da məlum olub.  

Elmi izahı onunla yekunlaşıb ki, solaxaylar sağ əli və barmağı daha çox zədələyir, sağ əllilər isə sol əli. Çapıq xarici təsirdən zədədir. 


Niyə kişilərin əksəriyyətində bu çapıq var? 


Çox sadəcə. Oğlan uşaqları hələ erkən yaşdan, 4-5-6 yaşından daş-kəsək, müxtəlif dəmir, kəsici alət, velosiped, oyuncaq maşın, raqatka ilə təmasda olur. Kəsici alətlə taxta, budaq yonur, nəsə düzəldir. Adi velosipedin zənciri də kəsicidir. Bütün bu oyunlar, vərdişlər, kəsici alətlər, daş və s. ilə ehtiyatsız davranmalar şəhadət barmaqda mütləq bir kəsik izi qoyur. Bir əşyanı solla tutub, sağ əllə kəsmək, yonmaq, vurmaq kimi hərəkətlər edildiyindən zərbə altında sol əlin şəhadət barmağı qalır.


Uşaq böyüdükcə həmin hadisələri unudur. Amma bir gün "Sol əlinə bax, səndə də çapıq var?” sualı rastına çıxanda, həqiqətən əlində keçmişin izinə rast gəlir. Amma bunu nə vaxt necə etdiyini unudub.

 

Digər variantlardan biri də dişləri çıxandan sonra çox uşaqların yatanda və ya digər vaxt əlini ağzına aparıb gəmirməsi və barmağını dişlərinin arasında sıxması göstərilir.


Sol əldə barmaqda çapıq olmasının kişilik, cinsi qabiliyyət və ya hansısa xüsusiyyətlərə təsiri, hər hansı mənası da cəfəngiyyatdır. Barmağında çapıq olmayan kişi ilə çapıq olan kişi eynidir.

 


 

 

 

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri –  Ölkəni bürüyən ajiotajın səbəbi tapıldı
90% kişilərin şəhadət barmağında görünən çapığın sirri –  Ölkəni bürüyən ajiotajın səbəbi tapıldı
90% kişilərin şəhadət barmağında görünən çapığın sirri –  Ölkəni bürüyən ajiotajın səbəbi tapıldı
90% kişilərin şəhadət barmağında görünən çapığın sirri –  Ölkəni bürüyən ajiotajın səbəbi tapıldı
90% kişilərin şəhadət barmağında görünən çapığın sirri –  Ölkəni bürüyən ajiotajın səbəbi tapıldı