Rusiyanın Krasnoyarsk şəhərində 91 məktəbli qidadan zəhərlənib.
Medicina.az -ın xəbərinə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məktəblilərdə ilkin psevdotuberkulyoz diaqnozlu iyersinioz infeksiyası aşkar olunub.
7-14 yaş arası uşaqların zəhərlənməsinə salatın səbəb olduğu güman edilir.
Hazırda 56 məktəbli xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.