Spurilin bitki kimi fotosintez etmək qabiliyyətinə malik sianobakteriyadır.
Medicina.az xəbər verir ki, qida mütəxəssisi Roberto Navarronun fikrincə, aşağı kalorili dieta saxlayan insanlar əlavə qida kimi bu həblərdən istifadə etməlidirlər. Adətən bu həb ağır əməliyyat keçirən xəstələrin bərpası üçün təyin edilir.
İştahı azaldır
Spirulinin tərkibində fenilallanin var ki, bu maddə insanda doyma hissi yaradır. Yeməkdən əvvəl qəbul edildikdə, mədədə gel əmələ gətirir ki, bu da aclıq hissini aradan qaldırır.
Zülalla zəngindir
Tərkibi 53-62% zülaldan ibarətdir. Həmçinin orqanizmin sintez edə bilmədiyi əvəzolunmaz amin turşuları ilə də zəngindir. Çox hallarda idmançıların qidasına əlavə kimi təyin edilir.
Güclü antioksidantdır
3 qr spirulinin tərkibində 5 pay meyvə və tərəvəzin tərkibində olduğundan çox antioksidant olduğu məlumdur.
Antioksidantlar sərbəst radikallarla mübarizə apararaq başda xərçəng olmaqla bir çox xəstəliklərin qarşısını alırlar.
Sümüklər üçün kalsium mənbəyidir
Hər 3 qr spirulinin tərkibində 10 mqr kalsium var. Bu isə eyni miqdarda olan bütün ərzaq məhsullarının tərkibində olan kalsium miqdarından çoxdur.
Tərkibində yerkökündə olduğundan çox miqdarda beta-karotin var
Tərkibində bil miqdarda beta-karotin var ki, bu maddə orqanizmdə A vitamininə çevrilir. A vitamini saçların, dişlərin, damaq, selikli qişa, göz və dərinin sağlamlığı üçün çox əhəmiyyətlidir.
Bütün bunlardan əlavə bu həbin tərkibində bol miqdarda dəmir, kalium, sink və maqnezium elementləri mövcuddur.